“Doing Business”in ekspertləri İİTKM-də metodologiya mövzusunda təlim keçirir
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankının Doing Business hesabatı üzrə ekspertləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının nümayəndələrinə Doing Business hesabatının metodologiyası istiqamətində təlimlər keçirir. Təlimdə Komissiyanın işçi qruplarında təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak edir.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd 12 indikatordan ibarət olan Doing Business hesabatının hər bir indikatoru üzrə metodologiyanın tələblərinin işçi qruplarının üzvlərinə öyrədilməsi, onların bu sahədə məlumatlılığının artırılması və daha yaxşı mənimsənilməsinin təmin edilməsi, eyni zamanda metodologiyanın tələbləri üzrə sualların cavablandırılması və müzakirlərin aprılmasıdır.
İİTKM-in analitiki Nərmin Kazımlı bildirib ki, Doing Business ekspertlərinin belə bir təlim keçirməsi növbəti islahatların dizayn edilməsində, qanunvericiliyin təkmilləşdirilməsində, beynəlxalq təcrübəyə uyğunluğun təmin edilməsi baxımından əhəmiyyətlidir. Təlimin keçirilməsi ilə işçi qruplarının nümayəndələrinə dünya təcrübəsinin öyrənilməsi, metodologiya üzrə tələblərin daha dərindən mənilmsənilməsi və bacarıqlarının artırılmasına şərait yaradılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində iki gün davam edəcək təlimdə 50-dən artıq dövlət qurumunun nümayəndəsi iştirak edəcək.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu