“COVID-19 pandemiyası dövründə startup hərəkatı: Çağırışlar və İmkanlar” mövzusunda onlayn konfrans keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Britaniya Şurası (British Council) ilə birlikdə “COVID-19 pandemiyası dövründə startup hərəkatı: Çağırışlar və İmkanlar” mövzusunda konfrans keçirib. Konfransda İİTKM-nin içracı direktoru Vüsal Qasımlı və Britaniya Şurasının ölkə üzrə direktoru Summer Xia açılış nitqi ilə çıxışlar ediblər.
Daha sonra, “New Castle Universiteti”nin professoru Matthew Gorton “COVID-19 pandemiyasının startup biznes modelinə təsiri”, “Unimetal and ProMetal Group” şirkətinin içracı directoru Rufat Azizov “COVID-19 böhran idarəçiliyində biznesin davamlılğının mərhələləri”, “Founder Institute”-un yerli direktoru Cəfər Nəcəfov “COVID-19 pandemiyası dövründə uğurlu startupa necə başlamalı”, “Creative Spark” Proqramı və “EnterpriseAzerbaijan” Portalının koordinatoru Oruc Dursunzadə isə “COVID-19 pandemiyası dövründə enterpriseazerbaijan.com portalının startapların inkişafında rolu” mövzularında təqdimatlar ediblər.
Pandemiya digər sahələrlə yanaşı startupları da yeni reallıqlarla qarşı-qarşıya qoyub. Tədbirin əsas məqsədi ölkədə fəaliyyət göstərən startupların pandemiya dövründə üzləşdikləri çağırışlara adekvat strategiyaların hazırlanmasına və pandemiyanın mümkün təsirlərinin azaldılmasına töhfə verməkdir. Bu isə öz növbəsində starupların post-pandemiya dövründə davamlı və dayanıqlı inkişafa nail olmaq deməkdir.
https://www.facebook.com/BritishCouncilAzerbaijan/videos/700613753998067/








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib