BVF: Postpandemiya dövründə Azərbaycanın güclü iqtisadi bərpası diqqətəlayiqdir
Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti bu yaxınlarda 2023-cü il IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində Azərbaycanın iqtisadi mənzərəsinin hərtərəfli icmalını təqdim edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bu hesabatı AZƏRTAC-a şərh edib.
O bildirib ki, icmalda Azərbaycan iqtisadiyyatı ilə bağlı bir sıra nikbin proqnozlar öz əksini tapıb.
“Hesabatda göstərilir ki, 2022-ci ildə qeyri-neft sektorundakı 9,1 faizlik artım, xüsusən də intensiv bərpa-quruculuq işləri, tikinti və nəqliyyat sektorlarındakı inkişaf real ÜDM-ni 4,6 faiz artırmaqla, ölkənin qlobal iqtisadiyyata uyğunlaşma qabiliyyətini və iqtisadi bazasını diversifikasiya etmək gücünü əks etdirir. Cari ilin oktyabr ayında inflyasiya səviyyəsi 3,9 faizə düşüb. Bu rəqəm Mərkəzi Bankın inflyasiya hədəf diapazonunda olmaqla, hesabatda effektiv monetar siyasətin nəticəsi kimi qeyd olunur. Mərkəzi Bankın uçot dərəcəsini 9 faizə yüksəltməsi, həmçinin bank sektorunun likvidliyinin azaldılması məqsədilə minimum ehtiyat normalarını artırması yolu ilə monetar mövqenin tədricən sərtləşdirilməsi siyasəti inflyasiya tempini aşağı sala bildi”, - deyə G.Quliyeva vurğulayıb.
Hesabatda bildirilir ki, dövlətin apardığı effektiv fiskal siyasət, büdcənin konsolidasiyası, büdcə vəsaitlərinin ehtiyatla xərclənməsi dövlət borcunun kəskin azalmasını və qeyri-neft büdcə kəsirinin aşağı düşməsini, eyni zamanda, davamlı iqtisadi artımı təmin edir. BVF-nin əməkdaşları 2024-cü il büdcəsində nəzərdə tutulan mülayim xərc artımına uyğun olaraq, 2024-cü ildə qeyri-neft üzrə ilkin kəsirin qeyri-neft ÜDM-nin təxminən 2 faizi qədər azaldılmasını proqnozlaşdırmaqla bərabər, ortamüddətli xərclər çərçivəsində dövlətin qarşıya qoyduğu 2028–ci ilə qədər bu kəsirin 15 faizə qədər endirilməsi hədəfinə nail olunmasını da real görürlər: “Fondun etiraf etdiyi kimi, Azərbaycanın fiskal dayanıqlılığa və gələcəyə hesablanmış uzunmüddətli strategiyası ölkəni davamlı iqtisadi sabitlik trayektoriyası ilə aparır. Hökumətin ortamüddətli xərclər planı və büdcə çərçivəsini beynəlxalq standartlara uyğunlaşdıraraq müasirləşdirmək səyləri qarşıda duran çağırışlar üçün davamlı fiskal bazanın təminatçısı rolunu oynayır. BVF hesabatda bank sektorunun həssas olduğunu vurğulamaqla yanaşı, son dövrlərdə davamlı şəkildə inkişaf etdiyini vurğulayır. Belə ki, kapital ehtiyatlarının adekvat olması, bankların kredit portfelinin genişləndirilməsi və qeyri-işlək kreditlərin 3,5 faizlə tarixi minimumda olması xüsusi qeyd edilir. Həmçinin ölkədə 2016-cı ildən bəri davam edən dollarsızlaşma tendensiyası da müsbət qiymətləndirilir”.
Qeyd edək ki, BVF-nin 2028-ci ilə qədər olan dövr üçün Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozları da müsbətdir. Verilən proqnozlar onu deməyə əsas verir ki, növbəti 5 ildə də ölkə iqtisadiyyatında davamlı stabil artım davam edəcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib