Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə indikativ planlama davam edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2026-cı il üçün yekun nəticə indikatorları üzrə hədəf göstəricilərin dəqiqləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər davam edir. Görüşlərdə Dövlət Proqramı üzrə qarşıda duran vəzifələr və perspektivlərlə bağlı müzakirələr aparılır, monitorinq və qiymətləndirmə prosesi üzrə hesabatlılığın optimal qaydada təşkilinə dair mühüm məqamlar nəzərdən keçirilir.
İndiyədək keçirilmiş iclaslarda "Azərbaycan Dəmir Yolları" QSC-nin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Azərişıq” ASC-nin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, “Azərenerji” ASC-nin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Təmiz Şəhər” ASC-nin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı Dövlət Proqramı çərşivəsində azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması, ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası, ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi istiqamətində qarşıya çıxan çətinliklər, yekun nəticə indikatorlarına dair hədəflərin verilməsi və onların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Ümumilikdə oktyabr-noyabr ayları ərzində Dövlət Proqramı üzrə əsas icraçı qismində müəyyən edilmiş 42 qurumla müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib