“Biznesin müflisləşməsi” işçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilib
28 oktyabr 2025-ci il tarixdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” işçi qrupunun “Bakı KOB evi”ndə növbəti iclası keçirilib.
Görüşdə işçi və tematik qrupların üzvləri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.
Görüşü açıq elan edən İşçi qrupun rəhbəri, ədliyyə nazirinin müavini Abiddin Hüseynov Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı ümumi məlumat verərək həmin indikator üzrə görülmüş işlərin əhəmiyyətini vurğulayıb.
Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Səkinə Əliyeva tərəfindən həmin indikator üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb. O, sözügedən Yol Xəritəsinin icrası məqsədilə həyata keçirilən bəzi tədbirlərdən bəhs edərək bildirib ki, kommersiya mübahisələrinə baxan hakimlərin, eləcə də vəkillərin müflisləşmə sahəsində bilik və təcrübələrinin artırılması istiqamətində zəruri tədbirlər görülüb, o cümlədən təlimlər keçirilib, həmçinin bu sahədə ictimaiyyətin məlumatlılığının artırılmasının təmin edilməsi üçün müvafiq məlumatlar, videoçarxlar (müflisləşmə ilə bağlı işlər üzrə anonimləşdirilmiş məhkəmə qərarlarının Vahid Məhkəmə Portalında ayrıca bölmədə yayımlanması, bu sahədə mübahisələrə dair hesabat formasının həmin portalda yerləşdirilməsi və avtomatik yenilənməsi ilə bağlı və s.) hazırlanaraq mediada paylaşılıb.
Eyni zamanda, Tematik qrupun üzvü Fərid Yaqublu “Sağlamlaşdırma və müflisləşmə” haqqında yeni qanun layihəsinin hazırda qüvvədə olan “Müflisləşmə və iflas haqqında” Qanundan fərqlərini qeyd edərək, layihənin ölkə iqtisadiyyatına, borclanmaya məruz qalmış sahibkarlıq subyektlərinə edə biləcəyi müsbət təsirləri haqqında məlumat verib.
Həmçinin görüşdə dəvət edilmiş sahibkarlıq subyektlərinin bu sahədə fikir və təklifləri öyrənilib və onların məsələ ilə bağlı maraq doğuran sualları cavablandırılıb.
Tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib