Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının müzakirələri keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin daha da yaxşılaşdırılması ilə bağlı işçi qrupların müzakirələri keçirilib. Müzakirələrdə sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanması prosesi davam etdirilib. Müzakirələrdə qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyilə aparılan iqtisadi islahatlar nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün yeni imkanlar yaradılıb. Bir neçə gün davam edən görüşlər zamanı Azərbaycanda aparılan islahat istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, bu islahatların əsas istiqamətləri müzakirə edilib və növbəti dönəm üzrə tədbirlər planından danışılıb. Həmçinin mütərəqqi tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması üçün, ölkədə rəqabət mühitinin vəziyyətini təhlil etmək, sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsini təmin edəcək rəqabət mühitinin formalaşmasının vacibliyi vurğulanıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən görüşlər zamanı işçi qrupların bundan sonra da davamlı fəaliyyət göstərməsi qərara alınıb.
Qeyd edək ki, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” haqqında əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli Sərəncamı ilə təsdiq edilib. Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələr hazırlamaq, onların hazırlanması və həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etməkdir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf