Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qruplarının 2021-ci il üzrə Fəaliyyət Planlarının monitorinq və qiymətləndirilməsi həyata keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının işçi qruplarının 2021-ci il üzrə Fəaliyyət Planlarının monitorinq və qiymətləndirilməsi nəticələri və 2022-ci il üzrə qarşıda duran vəzifələrin müzakirəsi həyata keçirilib.
Tədbirdə 2021-ci ilin monitorinq və qiymətləndirmə nəticələrinə əsasən, icrası başa çatdırılmamış tədbirlər və monitorinq qrupları tərəfindən tövsiyə olunan digər müvafiq tədbirlərin 2022-ci ilin fəaliyyət planlarına salınması məsələləri müzakirə edilib. Eyni zamanda, əsas icraçı və digər icraçı qurumlar arasında koordinasiyanın səmərəliliyinin artırılması, işçi qrupların üzvləri arasında kommunikasiyanın daha da gücləndirilməsi vurğulanıb. Müzakirə zamanı qeyd edilib ki, Dünya Bankı Qrupunun yeni “Əlverişli biznes mühiti (Business Enabling Environment)” layihəsi üzrə müvafiq sahələrdə ilkin diaqnostikanın aparılması və zəruri tədbirlərin müəyyənləşdirilərək Komissiyanın aidiyyəti işçi qruplarının 2022-ci il üzrə fəaliyyət planları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına, dövlət-biznes dialoqunun rəqəmsal platforma üzərində təşkilinə xidmət edən kompleks tədbirlər müzakirə edilib. Tədbirdə müxtəlif dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak edib.
Qeyd edək ki, 2021-ci il üzrə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya 35-dən çox dövlət qurumu, 16 fəaliyyət planı çərçivəsində 585 tədbir həyata keçirib. 20-dən artıq normativ hüquqi akt qəbul olunub, elektron xidmətlər təkmilləşdirilib və biznes mühitinin əlverişliliyi artırılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib