Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib. Bildirilib ki, www.azranking.az portalının əsas platformalarından biri olan İdarəetmə və Koordinasiya Paneli (Komissiyanın elektron kargüzarlıq sistemi) 2019-cu il iyun ayının 1-dən funksional olaraq tam istifadəyə veriləcək. Görüş zamanı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sisteminin tətbiqi və bu sahədə dövlət qurumlarının nümayəndələrinin daha detallı və praktik olaraq məlumatlandırılması həyata keçirilib.
Komissiyanın elektron kargüzarlıq sistemi internet üzərindən real vaxt rejimində işləməklə Komissiyanın fəaliyyətində sənədlər üzrə kağız dövriyyəsinin minimuma endirilməsi, işçi qrupları arasında koordinasiyanın və əlaqələndirmənin səmərəliliyinin daha üst səviyyəyə yüksəldilməsinə xidmət etməklə, biznes mühiti üzrə aparılan islahatların operativ və səmərəli kommunikasiyasına geniş imkanlar yaradır.
Təlim zamanı bildirilib ki, Portal əsasən aşağıdakı platformalardan ibarətdir:
- Məlumatlandırma Paneli (Komissiyanın fəaliyyəti, Beynəlxalq reytinqlər, onlayn müraciət, Axtarış sistemi və s.);
- Dövlət-Biznes Dialoqu Platforması;
- İnnovativ müqayisə sistemi (“Benchmarkinq” sistemi);
- İdarəetmə və Koordinasiya Platforması (Komissiyanın elektron kargüzarlıq sistemi)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sistemindən Komissiyanın Katibliyinin və işçi qrupların üzvlərinin vizual olaraq izahı üçün yeni video çarx tərtib edilib.
Təlimdə dövlət qurumlarının 30-dan artıq nümayəndəsi iştirak edib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf