“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə özəl sektorda idarəçilik mövzusunda seminar keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Müasir iqtisadi reallıqlarda özəl sektorda idarəçilik” mövzusunda seminar keçiriləcək. Sahibkarları maarifləndirmək məqsədi ilə təşkil edilən seminar ixracatçılara müasir idarəetmə prinsiplərini öyrədəcək. Seminar zamanı Azərbaycanda biznes sahəsində mövcud problemlər, onların həlli yolları, idarəçilik sistemiin qurulması istiqamətində müzakirələr aparılacaq.
Seminar çərçivəsində peşəkar idarəçi Fəxri Ağayev sahibkarlarla öz təcrübəsini bölüşəcək. Fəxri Ağayev peşəkar idarəçi və biznes konsultant, uzun müddət yerli və xarici şirkətlərdə rəhbər vəzifələrdə işləmiş, Azərbaycan iş adamları və sahibkarları klubunun qurucusudur.
“Müasir iqtisadi reallıqlarda özəl sektorda idarəçilik” mövzusunda tədbir 08 oktyabr 2019-cu il, saat 09:30-da İİTKM-in inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq.
Tədbirdə iştirak etmək istəyən şəxslər http://iqtisadiislahat.org/registration/ link vasitəsilə qeydiyyatdan keçə bilər.






Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir