"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində sahibkarların tanışlıq turu keçirilib
Azərbaycanda fəaliyyət göstərən bir qrup yerli və xarici şirkətlər "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə məlumat turunda iştirak ediblər. Qeyd olunub ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində (Ünvan: Bakı ş,, Landau küçəsi 16, Cavid Parkının yaxınlığında)
Qida Təhlükəsizliyi Agentliyi üzrə sertifikatlaşdırma və qeydiyyat aparılır. Hazırda “bir pəncərə” qaydasında aşağıdakı sənədlər təqdim olunur: qida təhlükəsizliyi qeydiyyatına alınma və dövlət reyestrindən çıxarış; dublikatın verilməsi; reyestr məlumatlarında dəyişikliyin edilməsi; fitosanitar sertifikatı; baytarlıq sertifikatı; qida təhlükəsizliyi sertifikatı; təsdiqedici kod nömrəsinin verilməsi.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində bundan başqa mənşə sertifikatı, CİTES sertifikatı, mədəni sərvətin mühafizəsi şəhadətnaməsi, dini ədədbiyyatın ixracına razılıq, gömrük bəyannaməsinin doldurulması kimi xidmətlər də göstərilir.
“PwC Azerbaijan”, “Ernst and Young”, “Deloitte”, “KPMG ”, “Ekvita” kimi tanınmış şirkətlərin nümayəndələri "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə böyük maraqla tanış olublar və bildiriblər ki, sahibkarların işinin asanlaşdırlması və effektivliyini təmin etmək üçün yaradılan bu sistem ixracatçıların fəaliyyətini bir qədər də stimullaşdıracaq.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu