“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 220 min ABŞ dolları miqdarında ixrac həyata keçirilib
Azərbaycanın “EL-Metal Ltd” şirkəti “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Türkiyə Cümhuriyyətinə 220 min ABŞ dolları miqdarında, 500 tonluq polad pəstah (düzbucaqlı) məhsulunun ixracı ilə bağlı mənşə sertifikatı alıb. “EL-Metal Ltd” şirkətinin nümayəndəsi Rafiq İmanov bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixrac prosedurları ilə bağlı sənədlərin toplanması operativ və səmərəli şəkildə mümkün olur. O əlavə edib ki, “EL-Metal Ltd” şirkəti bundan sonra da ixrac prosedurlarını “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirməyi planlaşdırır. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bilidib ki, Mərkəzə müraciət edən sahibkarların sayı günbəgün artır. Son bir ay ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi” vasitəsi ilə kənd təsərrüfatı məhsulları və qara metallurgiya məhsullarının ixracı ilə bağlı kifayət qədər müraciət olub. Müraciət edənlərin bir çoxu həm də müəyyən məlumatla təmin olunmağı xahiş ediblər. Mərkəz sözügedən sahibkarları hər tərəfli informasiya ilə təmin edib. Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16, Bakı şəhəri, tel: 012 521 28 48) fəaliyyət göstərir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf