“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi onlayn rejimdə fiziki və hüquqi şəxslərə xidmət göstərir
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2020-ci ilin aprel ayında da fiziki və hüquqi şəxslərə onlayn qaydada xidmət göstərir. Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Məhz xüsusi karantin rejimi zamanı qeyri-neft sektoru üzrə ixracla məşğul olan fiziki və hüquqi şəxslərin müvafiq sənədləri və sertifikatları almaqda çətinliklə üzləşməmələri üçün “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi onlara onlayn qaydada xidmətlərini təklif edir.
İİTKM –ın department rəhbəri Nicat Hacızadə bildirir ki, aprel ayının ilk on günü ərzində sahibkarların ixracla bağlı müraciətləri cavablandırılıb. Onlara müxtəlif məhsulların ixracı ilə bağlı tələb olunan sənədlər verilib. Həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin əməkdaşları xüsusi karantin rejimi zamanı ixrac həyata keçirilərkən nəzərə alınması zəruri olan məsələlərlə bağlı sahibkarları maraqlandıran sualları da cavablandırıblar.
Məlumat üçün bildirək ki, bu ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 15,5 milyon ABŞ dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib. 2020-ci ilin yanvar-mart ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən reallaşdırılan qeyri-neft ixracının dəyəri 37 milyon ABŞ dollarından çox olub. Həmçinin 2018-2019-cu illərdə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 290 milyon ABŞ dollar dəyərində ixrac həyata keçirilib.
Qeyri-neft sektoru üzrə ixrac həyata keçirmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakı link vasitəsi ilə müvafiq sənədlərlə bağlı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edə bilər:
İqtisadiyyat Nazirliyi: İN@azexport.az
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi: Aqta@azexport.az
Ekologiya və Təbii Sərvətlər Nazirliyi: ETSN@azexport.az
Mədəniyyət Nazirliyi: MN@azexport.az
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: DQİDK@azexport.az
Qeyd edilən e-maillərlə bərabər sahibkarlar birpencere@azexport.az elektron ünvanına müraciətlərini göndərə bilər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib