Beynəlxalq Valyuta Fondu İİTKM-də “Makroiqtisadi təhlil / Maliyyə proqramlaşdırması və siyasətləri” mövzusunda təlimə başlayıb
Beynəlxalq Valyuta Fondu (BVF) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlim proqramına başlayıb. Oktyabrın 7-dən 11-dək keçiriləcək təlimdə 10-dan çox dövlət qurumundan 25 nümayəndə iştirak edir.
Təlimin məqsədi iştirakçıların makroiqtisadi təhlil və maliyyə proqramlaşdırması üzrə əsas bacarıqlarını, eləcə də makroiqtisadi modelləşdirmə təcrübəsini artırmaqdır. Təlim proqramı real sektorun təhlili, iqtisadiyyatda tələb və təklifin təhlili, inflyasiya, qiymət deflyatorları, tədiyyə balansı, fiskal və monetar sektorların təhlili, sektorlararası əlaqələr və proqnozlaşdırma metodları kimi mövzuları əhatə edir.
Təlim BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke və iqtisadçılar Nurdaulet Abilov və Aliyə Uskenbayeva tərəfindən aparılır.
Açılış nitqi ilə çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bu təlimin dövlət sektoru üçün mühüm addım olduğunu və makroiqtisadi təhlilin iqtisadi siyasətin formalaşmasında həlledici rol oynadığını bildirib. O, təlimin iştirakçılar üçün yeni perspektivlər açacağını və bu biliklərin ölkə iqtisadiyyatı üçün faydalı olacağını qeyd edib.
Açılış sessiyası zamanı BVF-nin regional direktoru Norbert Funke əməkdaşlığa və qonaqpərvərliyə görə İİTKM-ə və Azərbaycana minnətdarlığını bildirib. O, ardıcıl makroiqtisadi proqnozların işlənib hazırlanmasında, iqtisadi problemlərin diaqnostikasında, həll yollarının variantlarının araşdırılmasında və iqtisadi siyasətin formalaşdırılması üçün ssenari təhlilinin aparılmasında bu təlimin əhəmiyyətini vurğulayıb.
Vüsal Qasımlı həmçinin BVF ilə əməkdaşlığın davam etdiriləcəyini və bu cür təşəbbüslərin gələcəkdə də artacağını xatırladaraq iştirakçılara bu imkandan maksimum yararlanmağı tövsiyə edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib