Beynəlxalq Ticarət Mərkəzi Azexport portalı ilə birgə həyata keçirilən layihədən yazıb
Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Beynəlxalq Ticarət Mərkəzi (İTC) Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı ilə bərabər həyata keçirdiyi layihə barədə öz rəsmi səhifəsində məqalə dərc edib.
Məqalədə “Ticarətə Hazır” layihəsi çərçivəsində Azexport.az portalının və İTC-nin birgə tərəfdaşlığı ilə keçirilən “e-Logistics” təlimində sahibkarlara logistika əməliyyatları, logistika infkrastrukturu, satınalma prosedurları, COVID-19 dövründə logistikanın təşkili kimi mövzularda aktual məlumatların təqdim olunduğu və əməkdaşlığın məhsuldar olduğu bildirilib.
Azexport.az portalının rəhbəri Ayxan Qədəşov bildirir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən yaradılan Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center) Azexport portalı ilə bərabər həyata keçirilən layihə barədə növbəti məqaləni dərc etməsi portalın nüfuzlu beynəlxalq qurumlar tərəfindən regionda ciddi tərəfdaş kimi qəbul olunması deməkdir: “Düşünürəm ki, qısa zaman ərzində minimum resursla beynəlxalq arenada nüfuzlu qurumlarla bərabər təmsil olunmanı portalın uğurlarından biri kimi də hesab edə bilərik.”
Qeyd edək ki, Azexport.az portalı Şərq Tərəfdaşlığı layihəsinin regionda "International Trade Center"- lə bərabər reallaşdırılmasında iştirak edən ən fəal tərəfdaşlardandır. “Ticarətə Hazır” layihəsi çərçivəsində “e-Commerce” və “e-Logistics” adı altında iki silsilə təlim təşkil olunub. Ümumilikdə təlimlərə 200-dən artıq sahibkar qatılıb, onlardan 70-faizdən artıq iştirak göstəricisi olan şəxslərə “QR kod” qorunma nişanı ilə təchiz olunan elektron sertifikat təqdim olunub. Sahibkarlar tərəfindən onlayn təlim və seminarlara olan marağı nəzərə alaraq müxtəlif mövzuları əhatə edən bu tip tədbirlərin müntəzəm olaraq keçirilməsi nəzərdə tutulub.
Məqalə ilə link vasitəsi ilə tanış olmaq mümkündür: https://www.intracen.org/covid19/story/Moving-your-business/








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib