Bakıda “Dövlət-Biznes Dialoqu” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Kommissiya və “Ekvita” şirkətinin birgə təşkilatçılığı ilə “Dövlət-Biznes Dialoqu” mövzusunda dəyirmi masa keçirilib. Tədbir dövlət və özəl sektor nümayəndələri ilə interaktiv müzakirə formatında keçirilib. Müzakirə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyevin açılış nitqləri ilə başlayıb. Daha sonra beynəlxalq, dövlət və özəl sektor nümayəndələrinin panel çıxışları və müzakirələrlə davam edib.
Dəyirmi Masa vergi, gömrük, əmək münasibətləri, tikinti, maliyyəyə çıxışın genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, investisiya təşviqi və s. kimi mövzuları əhatə edib. Tədbirdə səsləndirilən təkliflər Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın müvafiq işçi qrupları tərəfindən qeydə alınaraq ətraflı araşdırılacaq və məsələlərin həlli istiqamətində müvafiq addımlar atılacaq.Tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, İslam İnkişaf Bankı kimi beynəlxalq qurumların, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib