Bakı Ali Neft Məktəbində uğurlu iqtisadi islahatlar müzakirə olunub
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) aparıcı universitetlərdə iqtisadi islahatların təbliğinə dair təşkil etdiyi daha bir ictimai mühazirə Bakı Ali Neft Məktəbində (BANM) reallaşıb.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlının “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda mühazirəsindən öncə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov professor-müəllim və tələbə heyətini salamlayaraq bildirib ki, Ali Məktəbdə bu tip tədbirlərin təşkil edilməsi tələbələrin inkişafı və təfəkkürün formalaşması üçün vacibdir. Elmar Qasımov əlavə edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bağlanan neft müqavilələri xalqın rifah halının yaxşılaşmasına xidmət edir, ölkədə mövcud neft gəlirləri hesabına Azərbaycanın yüzlərlə gənci xaricdə təhsil alıb daha sonra vətənə qayıdaraq, əldə etdikləri bilikləri bölüşürlər. Bu isə Ümummilli lider Heydər Əliyevin də dediyi kimi neft kapitalının insan kapitalına çevrilməsinə imkan yaradır. BANM-in rektoru ölkədə aparılan islahat prosesinə toxunaraq əlavə edib ki, nağdsız hesablaşmaların aparılması, ödəniş və gömrük sisteminin şəffaflaşdırılması istiqamətində nəzərə çarpan dəyişiklik var.
İİTKM- nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azəbaycanda neft strategiyasını həyata keçirməklə iqtisadi təhlükəsizliyin əsas komponentləri - nəqliyyat, logistika, ərzaq və maliyyə təhlükəsizliyi təmin olunub: “Hazırda əldə edilmiş nailiyyətlərin və ictimai-siyasi sabitliyin əsasında islahatların yeni mərhələsinə qədəm qoyulub. İnstitutsional və struktur islahatları ilə yanaşı, həm də biznes mühitinin yaxşılaşdırılması və iqtisadi təşviq mexanizmlərinin tətbiqi inkişafa aparır. Belə ki, 2018-ci ildə ölkədə sürətli iqtisadi artım proqnozlaşdırılır. Artımın əsas drayverlərindən biri isə insan kapitalıdır.”
Vüsal Qasımlı həmçinin ölkədə həyata keçirilən strateji yol xəritələri və yeni iqtisadi model quruculuğu barədə ətraflı məlumat verdi.
Mühazirənin sonunda icraçı direktor auditoriyanın suallarını cavablandırdı və tədbirin təşkil olunmasında göstərdiyi dəstəyə görə Bakı Ali Neft Məktəbinin rektoruna təşəkkürünü bildirdi.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu