Azranking: “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib. Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə çıxışında İşçi qrupunun əvvəlki iclaslarında qəbul edilmiş qərarların icrası haqqında fikirlərini bölüşüb.
Gündəliyə uyğun olaraq, İşçi qrupunun katibi tərəfindən “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində, İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planında və “Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyətinə dair hesabatlar təqdim edilib.
“Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulmuş tədbirlər üzrə “Azərişıq” ASC tərəfindən görülmüş işlər müzakirə edilib. Şəbəkələrə qoşulma üzrə onlayn müraciətlərə dair statistik məlumatlar nəzərdən keçirilib və qeyd edilib ki, Kommunikasiya Strategiyasının icrası nəticəsində onlayn qoşulmaların sayında əvvəlki dövrlə müqayisədə artım qeydə alınıb.
“E-sistem” istifadəçilərinin sayının artırılması, bu istiqamətdə operativliyin təmin olunması, xidmətdə keyfiyyət səviyyəsinin artırılması və vaxt itkisinin qarşısının alınması məqsədilə gələn ay keçiriləcək “EnergyTech” adlı hakatonun təşkili ilə bağlı görülən işlər barədə məlumat verilib.
“Azərişıq” ASC tərəfindən göstərilən elektron xidmətlərin təşkili üzrə qiymətləndirmənin nəticələrinə dair təklif və tövsiyələr müzakirə edilib. Elektron xidmətlərdən istifadənin təbliği və kütləviləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.
İclasda Energetika Nazirliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləməsi Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC, “Azərişıq” ASC, “Azərenerji” ASC və işçi qrupuna üzv olan özəl şirkətlərin nümayəndələri iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib