Azranking.az : “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası keçirilmişdir
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclasında 2022-ci il ərzində görülmüş işlər barədə hesabatların dinlənilməsi və müzakirəsi həyata keçirilmişdir.
Onlayn platforma üzərindən təşkil edilən iclasda Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Mərkəzi Bankın, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin, Vəkillər Kollegiyasının nümayəndələri və işçi qrupunun digər üzvləri iştirak ediblər.
İclasda Ədliyyə Nazirliyinin nümayəndəsi tərəfindən Yol Xəritəsinin 1.1.3 (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar müddətləri konkret müəyyən edən elektron hərracların keçirilməsi qaydaları ilə bağlı hazırlanmış yeni layihənin, habelə icra sənədləri üzrə icraata başlanılması və icra hərəkətlərinin həyata keçirilməsi müddətlərinin təkmilləşdirilməsi ilə əlaqədar qanunvericiliyin araşdırılması və müvafiq təkliflərin hazırlanması), 1.1.4 (İcra məmurlarının borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı səlahiyyətlərinin genişləndirilməsi, tələbin borclunun bəzi aktivlərinə (ümumi mülkiyyətdə olan payına, iştirakçı olduğu hüquqi şəxsin əmlakındakı payına, qiymətli kağızlarına, depozit seyflərdəki qiymətli əşyalarına, girov qoyulmuş əmlakına, debitor borclara və sair) yönəldilməsi qaydalarının müəyyən olunması, yaxud mövcud normaların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması) və 4.3.1.3-cü (Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədləri üzrə icra ödənişi məbləğinin artırılmasının, habelə icra ödənişinin tutulma vaxtının müəyyən edilməsinin nəzərdən keçirilməsi) yarımbəndlərinin icrası ilə əlaqədar görülmüş işlərə dair məlumatlar səsləndirilmişdir.
Qeyd olunanlardan başqa “Arbitraj haqqında” yeni qanun layihəsi, “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetin funksional imkanlarının genişləndirilməsi və qeydiyyat prosesinin təkmilləşdirilməsi ilə bağlı da məlumat verilmişdir (Yol Xəritəsinin 2.1.1, 3.2.1.1 və 3.2.1.2-ci yarımbəndləri).
Eyni zamanda kommersiya mübahisələrinə baxan hakimlər üçün sistemli qaydada ixtisaslaşmış təlimlərin təşkil edilməsi vəziyyəti ilə bağlı təqdimat nümayiş etdirilmişdir.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, görüş iştirakçılarının sualları cavablandırılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib