Azranking.az: Hüquq və konsaltinq şirkətləri ilə növbəti onlayn görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərfindən hüquq-konsaltinq şirkətləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda onlayn görüş keçirilib. Tədbirdə DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə təqdimatla çıxış edərək ölkəmizdə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar və əldə olunan nəticələr barədə məlumat verib.
Sonra görüş iştirakçıları qeydiyyat sahəsində mövcud problemlər və təkmilləşmə imkanlarını müzakirə ediblər. “SM Consulting” MMC-nin direktoru Emin Səttərov, “BHM Hüquq Şirkəti” MMC-nin Korporativ və Maliyyə Hüququ Departamentinin meneceri Türkan Hacıyeva, “Ekvita” konsaltinq şirkətinin baş hüquqşünası Abbas İsmayılov və hüquq meneceri Sənan Bayramlı, “BM Morrison Partners” şirkətinin böyük hüquqşünası Leyla Səfərova hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində rast gəlinən çətinliklər, o cümlədən hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi imkanlarının yaradılması və MMC-lərin nizamnamə kapitalı ilə bağlı qarşılaşdıqları məsələlərdən bəhs ediblər.
Leyla Hüseyn-zadə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib, görüşdə qaldırılan bir sıra məsələlərin həmin Yol Xəritəsi üzrə görüləcək tədbirlər çərçivəsində həllini tapacağını vurğulayıb. Qeyd olunub ki, hazırda Yol Xəritəsinin reallaşdırılması üzrə İşçi qrup bir sıra yeni layihələr üzərində çalışır.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, görüş iştirakçılarının sualları cavablandırılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib