Azranking.az: Əmək bazarı üzrə işçi qrupun növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib. İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun sədrliyi ilə keçirilmiş iclasda 2023-cü il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin birinci yarımillik üzrə icrasına dair hesabat, eləcə də Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının müvafiq indikatoru (“İşçi qüvvəsi”) üzrə cavablandırılmış sorğu vərəqəsinə və qiymətləndirmə nəticələrinə dair təqdimat işçi qrupun üzvlərinə təqdim olunaraq ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Görüşdə, eyni zamanda, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən “Meqatrendlərin analizi və əmək bazarının makroqtisadi sektor təhlilləri” mövzusunda hazırlanan təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və özəl sektorun nümayəndələri, həmçinin Komissiyanın Katibliyi təmsil olunub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib