Azranking.az: “Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesin müflisləşməsi” işçi qrupunun video-konfrans formatında keçirilən iclasında işçi qrupun yeni rəhbərinin təqdimi və işçi qrupun qarşısında duran vəzifələrin dinlənilməsi və müzakirəsi həyata keçirilib.
Onlayn platforma üzərindən təşkil edilən iclasda Bakı Apellyasiya Məhkəməsinin, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, Vəkillər Kollegiyasının nümayəndələri və işçi qrupunun digər üzvləri, o cümlədən beynəlxalq ekspert Carsten Mahnke iştirak ediblər.
İclasda Bakı Apellyasiya Məhkəməsinin hakimi tərəfindən Dünya Bankının İqtisadi İnkişafın Qlobal İndikatorlar Qrupunun “Business Ready (B-Ready)” layihəsi barədə yeniliklər (yeni layihə üzrə konseptual yanaşmanın təqdimi, yeni layihənin detallarının və indikatorlar üzrə metodologiyanın izah olunması) və qarşıda gözlənilən tədbirlər barədə məlumatlar təqdim edilib.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, Yol Xəritəsində müəyyən olunmuş müddətlər çərçivəsində tədbirlərin icrası məqsədilə beynəlxalq ekspertlərin cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib