Azranking.az: “Biznesə daxilolma” İşçi qrupunun növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun videokonfrans formatında iclası keçirilib. Görüşdə Dövlət Vergi Xidməti ilə yanaşı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, habelə ölkənin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclasda işçi qrupunun üzvü, DVX-nın Dövlət qeydiyyatı baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə cari ilin 3-cü rübündə görülmüş işlər barədə məlumat verilib.
Tədbir iştirakçıları Yol Xəritəsinin xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası istiqamətində nəzərdə tutulan işləri müzakirə ediblər. Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq məsələləri şöbəsinin müdiri Anar Məmmədov konsulluq leqallaşdırılması üzrə elektron informasiya sisteminin yaradılması və bununla bağlı normativ-hüquqi aktların qəbul olunması istiqamətində görülən işlər barədə danışıb. Qeyd olunub ki, bir sıra konsulluq bölmələrində texniki infrastrukturun qurulması işlərinin ilin sonunadək başa çatması gözlənilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azintelecom” MMC-nin İnformasiya təhlükəsizliyi departamentinin Etimad xidmətləri şöbəsinin müdiri Fərid İsmayılzadə Yol Xəritəsi çərçivəsində biometrik eyniləşdirmə tələb olunan sahələr üzrə texniki inteqrasiya işlərinin başa çatdığını qeyd edib, tətbiq imkanları araşdırılan “Açıq açarlar infrastrukturu” üzrə görülmüş işləri İşçi qrupunun üzvlərinin diqqətinə çatdırıb.
İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Yol Xəritəsi üzrə həyata keçirilməsi nəzərdə tutulan işlərin əhəmiyyətli hissəsinin yerinə yetirilməsinin müsbət məqam olduğunu vurğulayıb. Qeyd olunub ki, başa çatdırılması zəruri olan işlər üzrə səylərin artırılması məqsədilə dövlət qurumları tərəfindən əlavə dəstək təqdim edilə bilər. Yol Xəritəsinin reallaşdırılmasının ölkəmizdə biznesin qeydiyyatı sahəsində bir sıra yeniliklər gətirəcəyi, prosesin həm yerli, həm də xarici investorlar üçün daha da asanlaşmasına səbəb olacağı bir daha vurğulanıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib