“Azexport” və “EntrepriseAzerbaijan” portalları regional forumda nümayiş olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” və “EntrepriseAzerbaijan” portalları “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III Regional forumda təqdim olunub. Qeyd edək ki, Ağstafa rayonunda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilən forumda rayonların icra başçıları və onların nümayəndələri, sahibkarlar, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyi, Dövlət Reklam Agentliyinin nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və bu islahatların məqsədi vətəndaşlarımızın sosial-rifahını, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, neftdən asılılığı azaldaraq şaxələndirilmiş iqtisadiyyata sahib olmaq, qeyri-neft sektoru üzrə gəlirləri artırmaqla “Made in Azerbaijan” brendi altında rəqabətədavamlı məhsullar istehsal edərək, həm daxili bazarı qorumaq, həm də xaricə ixracı artırmaqdır. EnterpriseAzerbaijan portalının nümayəndəsi Oruc Dursunzadə bildirib ki, bu məqsədlə yaradılan “Azexport” və “EntrepriseAzerbaijan” portalları sahibkarlara, kiçik və orta biznesin nümayəndələrinə, startapçı gənclərə və tələbələ böyük dəstək göstərir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf