Azexport və Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) arasında anlaşma memorandumu imzalanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Ticarət Mərkəzləri Assosiasiyasının (WTCA) Hindistan üzrə nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı İİTKM-in Azexport portalının rəhbəri Zaur Qardaşov Azərbaycanda son illər ərzində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, ölkələr arasında təməli uzun illər öncə qoyulan münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edir. Z. Qardaşovun sözlərinə görə, TRASEKA və Şimal-Cənub nəqliyyat dəhlizi kimi regional layihələr çərçivəsində sıx əməkdaşlıq edir və çoxsahəli əlaqələrin inkişaf etdirilməsi üçün münbit zəmin vardır.
Dünya Ticarət Mərkəzləri Assosasiyasının (WTCA) Hindistan nümayəndəliyinin vitse prezidenti Someş Batra səfərdə olduğu müddət Azərbaycanla bağlı müsbət təəssürat əldə etdiyini bildirib. Görüşdə həmçinin WTCA-nın Hindistan şəbəkəsi üzərindən Azərbaycandan ixrac imkanları müzakirə edilib.
Daha sonra Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) və Azexport arasında anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) 1968-ci ildə Nyu-York şəhərində Dünya Ticarət Mərkəzi yanında yaradılıb. Bu qurum beynəlxalq ticarətin genişləndirilməsi üçün Dünya Ticarət Mərkəzlərinin (WTC) yaradılması və effektiv fəaliyyətini nəzərdə tutan qeyri-kommersiya, qeyri-siyasi bir birlikdir. Hazırda WTCA 90 ölkədə 287-dən çox lisenziyalı Dünya Ticarət Mərkəzlərini, eləcə də 850,000-dən çox şirkət və fərdi üzvləri özündə birləşdirir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu