“Azexport” və “Dolcha Foods” şirkəti arasında ABŞ bazarlarına çıxış imkanları müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalı və “Dolcha Foods” şirkəti arasında əməkdaşlıq imkanlarının müzakirəsi ilə bağlı görüş keçirilib.
Görüşdə Amerika bazarlarına çıxışda elektron ticarətdən istifadə, xüsusilə Kaliforniya və Nyu-York istiqamətlərində mövcud tərəfdaşlarla əlaqələrin genişləndirilməsi müzakirə olunub.
Tərəflər məhsulların “Amazon” və “eBay” platformaları vasitəsilə satış imkanlarını, ABŞ bazarlarının spesifik tələblərini və real dizayn nümunələrini nəzərdən keçiriblər.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, portal elektron ticarət platformalarının dəstəyi ilə ABŞ bazarında geniş müştəri bazası formalaşdırmağa nail olub:
“Artıq müntəzəm olaraq müxtəlif məhsullar bu bazara çıxış əldə edir, çeşid və say baxımından ixrac imkanları genişlənir. Xüsusilə quru meyvə məhsullarına maraq artıb və bu istiqamətdə bizə çoxsaylı müraciətlər daxil olur. Əsas məsələ məhsulların qablaşdırma və dizayn tələblərinə uyğunlaşdırılması, həmçinin bazar üçün zəruri sertifikatların mövcudluğudur,” – deyə A. Qədəşov vurğulayıb.
“Dolcha Foods” şirkətinin nümayəndəsi isə qeyd edib ki, artıq məhsullar üçün ABŞ Qida və Dərman Administrasiyası (FDA) qeydiyyatı həyata keçirilib. Bununla yanaşı, qablaşdırmalarda ABŞ standartlarına uyğun olaraq “Nutrition Facts” məlumat cədvəlləri hazırlanıb və istehlakçıların tələblərinə uyğun formada dizayn edilib. Şirkət həmçinin məhsul etiketlərinin çoxdilli hazırlanması, allergen xəbərdarlıqları və istehsal partiya kodlarının əlavə edilməsi üzərində də işləyir.
Tərəflər ABŞ bazarına quru meyvə məhsullarının ixracı üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib