“Azexport”un rəhbəri Pekində “İnkişaf üçün e-ticarət” təlimində iştirak edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən “İnkişaf üçün e-ticarət” (“e-Commerce for Development”) adlı təlimdə iştirak edir. Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center - ITC) və Beynəlxalq Biznes Rəsmiləri Akademiyasının (Academy for International Business Officials - AIBO) təşkilatçılığı ilə keçirilən təlimin açılış mərasimində A.Qədəşov çıxış edərək Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində aparılan islahatlar barədə məlumat verib. Sonra o, “azexport.az” portalının yerli sahibkarların beynəlxalq platformalarda təmsil olunması və ixrac coğrafiyasının diversifikasiyası istiqamətində əldə etdiyi nailiyyətlər, həmçinin portalın “MTradeVerse” platformasında virtual reallıq formatında gördüyü işlər barədə danışıb. Bununla yanaşı, o, İİTKM-in digər innovativ layihəsi olan Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub) tərəfindən qeyri-rezidentlər üçün təqdim olunan xidmətlər barədə də məlumat verib. A.Qədəşov həmçinin “azexport.az” portalının BMT-nin Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyası (Economic and Social Commission for Asia and the Pacific - UNESCAP) tərəfindən nümunəvi platforma kimi təqdim olunmasını istirakçıların diqqətinə çatdırıb.
Qeyd edək ki, təlimin açılış mərasimində Çin Xalq Respublikasının Ticarət Nazirliyinin, həmçinin AIBO və ITC-nin rəsmiləri iştirak ediblər. 10-dan artıq sessiya şəklində yeddi gün davam edəcək təlimdə sahə üzrə yerli və xarici ekspertlər tərəfindən qanunvericilik, kibertəhlükəsizlik, məlumatın toplanması və mübadiləsi, kağızsız ticarət, infrastruktur və logistika, həmçinin rəqəmsal bilik və bacarıqlar mövzularında təqdimatlar olunur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib