“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş nazirinin süni intellekt və xüsusi təşəbbüslər üzrə müşaviri Ali Darın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinin tərkibində Pakistanın yüksəkrütbəli dövlət rəsmiləri, aparıcı sahibkarları və Pakistanda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin rəhbəri iştirak ediblər.
Pakistan nümayəndə heyətinə İİTKM-in operatoru olduğu "Azexport.az" portalının fəaliyyət mexanizmləri, onun qlobal elektron ticarət platformaları ilə inteqrasiyası və yerli sahibkarların məhsullarının beynəlxalq bazarlara çıxarılması istiqamətində yaradılan imkanlar barədə məlumat verilib.
Pəncab əyalətinin Baş nazirinin müşaviri Ali Dar bildirib ki, Azərbaycan və Pakistan arasında elektron ticarət sahəsində əlaqələrin dərinləşdirilməsi, hər iki ölkənin iqtisadi potensialının rəqəmsal müstəvidə reallaşması üzrə əməkdaşlıqda maraqlıdırlar. Xüsusilə bu sahədə qabaqcıl layihələrdən olan “Azexport” təcrübəsinin Pakistanda tətbiqi istiqamətində addımlar atılacaq.
"Azexport" portalının rəhbəri Ayxan Qədəşov Pakistanın son illərdə rəqəmsal həllər, texnoloji innovasiyalar və insan kapitalının inkişafı sahəsində əldə etdiyi beynəlxalq miqyaslı uğurları yüksək qiymətləndirib. O, Azərbaycanın elektron ticarət infrastrukturunun qurulması və institusional mexanizmlərin formalaşdırılması sahəsindəki təcrübəsini Pakistan tərəfi ilə bölüşməyə hər zaman hazır olduqlarını ifadə edib.
Görüşdə İİTKM-in digər innovativ layihəsi olan "Enterprise Azerbaijan" portalı da nümayəndə heyətinə təqdim edilib. Portalın rəhbəri İsa Qasımov platformanın ölkədə startap ekosisteminin inkişafı, investisiyaların cəlb edilməsi və gənc sahibkarlara dəstək istiqamətindəki fəaliyyəti barədə məlumat verib.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 17-də Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib