“Azexport Talks”: Müasir texnologiyaların biznesə təsiri müzakirə olundu
İİTKM-nin operatoru olduğu “Azexport” portalının təşəbbüsü ilə həyata keçirilən “Azexport Talks” layihəsinin növbəti görüşü müasir rəqəmsal texnologiyaların biznes və iqtisadiyyat sahələrinə təsirinin müzakirəsinə həsr olunub. Layihənin qonağı Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru Rəşad Əliyev olub. Onlayn olaraq təşkil olunan görüşdə müasir texnologiyaların biznes modellərinə, istehsalat proseslərinə, əmək bazarına və ümumilikdə iqtisadi inkişafa təsiri geniş müzakirə edilib. Rəşad Əliyev texnologiyaların sürətli inkişafının ənənəvi biznes yanaşmalarına, avtomatlaşdırma və süni intellektin sənaye sahələrinə təsirindən danışıb. O, həmçinin Azərbaycanda müxtəlif sahələr üzrə həyata keçirilən rəqəmsal transformasiya layihələrinin iqtisadi inkişafa təsiri baxımından strateji əhəmiyyətini vurğulayıb.
Tədbirin moderatoru Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, "İKT-də ilin qadını" mükafatının sahibi və startap təlimçisi kimi tanınan Günel İmamquliyeva olub. O, müzakirə zamanı texnologiyaların biznes və idarəetməyə gətirdiyi yeniliklərdən danışaraq, rəqəmsal bacarıqların artırılmasının və yeni texnoloji trendlərin mənimsənilməsinin vacibliyini vurğulayıb. Sonda iştirakçıların müasir texnologiyaların biznes mühitinə təsiri ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, "Azexport Talks" layihəsi çərçivəsində görüşlərin müntəzəm olaraq davam etdirilməsi nəzərdə tutulub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib