“Azexport” portalının rəhbəri zeytun yağı və şərab istehsal edən şirkətlərin nümayəndələri ilə görüş keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov “Şirvan Şərabları” və “Absheron Olive Garden” şirkətlərinin nümayəndələri ilə görüşüb.
Görüşdə şirkətlərin məhsullarının beynəlxalq elektron ticarət platformaları vasitəsilə xarici bazarlarda tanıdılması istiqamətində görüləcək işlər müzakirə olunub. Həmçinin bu məhsulların Amerika, Asiya və Körfəz ölkələrindən olan potensial alıcılara təqdim olunması üzrə müvafiq qeydlər götürülüb.
Qeyd edək ki, “Azexport” portalı Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması məqsədilə “Amazon”, “Alibaba”, “eBay”, “Aqroserver” kimi 15-dək beynəlxalq elektron ticarət platforması ilə əməkdaşlıq edir. Bu platformalarda “Azexport” vasitəsilə təmsil olunmaq istəyən sahibkarlar portala müraciət edə bilərlər. Portal tərəfindən təqdim olunan xidmətlər ödənişsizdir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib