19 iyul 2023, 12:18

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov “Şirvan Şərabları” və  “Absheron Olive Garden” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşdə şirkətlərin məhsullarının beynəlxalq elektron ticarət platformaları vasitəsilə xarici bazarlarda tanıdılması istiqamətində görüləcək işlər müzakirə olunub. Həmçinin bu məhsulların Amerika, Asiya və Körfəz ölkələrindən olan potensial alıcılara təqdim olunması üzrə müvafiq qeydlər götürülüb.

Qeyd edək ki, “Azexport” portalı Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması məqsədilə “Amazon”, “Alibaba”, “eBay”, “Aqroserver” kimi 15-dək beynəlxalq elektron ticarət platforması ilə əməkdaşlıq edir. Bu platformalarda “Azexport” vasitəsilə təmsil olunmaq istəyən sahibkarlar portala müraciət edə bilərlər. Portal tərəfindən təqdim olunan xidmətlər ödənişsizdir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az