Azexport portalından daha bir yenilik
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı Google şirkətinin yeni istifadəyə verdiyi “Google Market Finder” xidmətinə qoşulub. Sistem www.azexport.az portalında yerləşdirilən məhsulların 100 müxtəlif kriteriya üzrə təhlilini apararaq məhsullar üçün ən uyğun satış bazarlarını təklif edir. Təhlil üçün Google platformasında dünyanın 200-dən artıq ölkəsindən toplanılan geniş və ünvanlı bazar məlumatları istifadə edilir. Bu cür məlumatlar əsasında qlobal ixrac planlarını yaratmaq daha asandır.
Qeyd edək ki, “Google Market Finder” “machine learning” prinsipinə əsaslanan sistem əsasında qurulub.
“Google Market Finder” sistemi Azərbaycan məhsulları üçün ən yaxşı bazarları təklif edir və növbəti satışları planlamaq üçün lazım olan bütün məlumatları verir. Həmçinin, “Potensial müştərilər internetdən necə istifadə edirlər?”, “Onların gəlirləri nədir?”, “Hansı satış kanalları daha etibarlıdır?” kimi sualların cavablandırılmasına kömək edir.
Azexport portalının rəhbəri Zaur Qardaşov bildirir ki, bütün bu məlumatlar əsasında Market Finder Big Data-ya əsaslanaraq lokalizasiya, beynəlxalq ödənişlər və logistika kimi sahələrdə ən uyğun imkanları seçərək təqdim edir. Portal rəhbərinin sözlərinə görə, hər bir müvəffəqiyyətli ixracatçı qlobal marketinq planına ehtiyac duyur: “ Sizin məhsulu xarici bazarlarda təşviq etmək üçün ən yaxşı üsul hansıdır? Müştəriləriniz hansı cihazları istifadə edir və onlara çatmaq üçün ən yaxşı yol nədir? Sistem bu sualları cavablandırdıqdan sonra marketinq qərarlarını məlumat və müştəri anlayışları ilə təmin etməyə kömək edir və ən yaxşı vasitələri təklif edir.”
Qeyd edək ki, “Google Market Finder” xidmətindən faydalanmaq üçün azexport.az portalına yerləşdirilən məhsullar haqqında daha geniş və strukturlaşdırılmış (ingilis dili daxil olmaqla) məlumat təqdim etmək lazımdır.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf