“Azexport” portalı və “Zirvə Ayaqqabı” MMC arasında rəqəmsal ticarət imkanları müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və “Zirvə Ayaqqabı” MMC-nin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Azərbaycanda istehsal edilən ayaqqabı məhsullarının beynəlxalq bazarlara çıxışı, həmçinin yerli və qlobal səviyyədə ticarətdə istifadə olunan rəqəmsal həllər müzakirə olunub.
Tədbir zamanı “Azexport” portalının təqdim etdiyi rəqəmsal xidmətlər və ixracatçılara göstərilən dəstək tədbirləri barədə məlumat verilib. Vurğulanıb ki, yerli sənayenin inkişafında və xarici bazarlara çıxışda rəqabətədavamlı məhsulların rolu böyükdür. “Zirvə Ayaqqabı” müəssisəsi ilə “Azexport” portalı arasında əməkdaşlığın ölkəmizin qeyri-neft ixracının inkişafı baxımından əhəmiyyətli olduğu bildirilib.
“Zirvə Ayaqqabı” MMC-nin təsisçisi və direktoru Nizami Ağayev bildirib ki, hazırda müəssisə tikinti, hərbi və xüsusi təyinatlı ayaqqabılarla yanaşı, mülki ayaqqabıların da istehsalını həyata keçirir. Müasir texnologiyaların tətbiqi və ayaqqabı altlıqları da daxil olmaqla əsas hissələrin müəssisənin özündə istehsal edilməsi xarici bazarlara çıxış üçün əlavə rəqabət üstünlüyü yaradır. N.Ağayev Azərbaycanın bu sektor üzrə istehsal və ixrac imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb.
Görüş yerli məhsulların xarici bazarlarda tanıdılması və onların rəqəmsal platformalarda təbliğinə dair məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib