“Azexport” portalı və “Payoneer” arasında növbəti görüş baş tutub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və beynəlxalq rəqəmsal ödəniş platforması olan “Payoneer” arasında görüş keçirilib. Onlayn formatda təşkil olunan görüşdə “Amazon”, “Ebay” kimi elektron ticarət platformaları vasitəsilə məhsul təklif edən yerli sahibkarların rəqəmsal ödəniş imkanlarından daha rahat istifadəsinə dair müzakirələr aparılıb. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, “Payoneer” onlarla elektron ticarət platformasından ödənişlərin qəbulunu həyata keçirir. Platforma ilə əməkdaşlığın genişləndirilməsi ölkədə istehsal olunan malların beynəlxalq elektron ticarət bazarına çıxarılması istiqamətində yaranan çətinliklərin həllində, həmçinin bu istiqamətdə beynəlxalq təcrübənin daha yaxından öyrənilməsində bizə əlavə dəstək olur. Daha sonra A. Qədəşov “Payoneer” rəsmilərinə platformada yeni hesabın yaradılması zamanı ünvanla bağlı tələb olunan sənədlərin təsdiqində yaranan çətinliyi qeyd edərək, məsələnin həlli üçün bu tələbin Azərbaycanda təqdim oluna bilən sənədlərə uyğunlaşdırılmasına dair təkliflərini irəli sürüb.
“Payoneer” rəsmisi Artem Biberin isə qeyd edib ki, Azərbaycanın elektron ticarət bazarında daha geniş təmsil olunmaqda maraqlıdırlar. O, həmçinin yerli sahibkarlar və elektron ticarət istifadəçiləri üçün “Azexport” portalı və “Payoneer”in birgə onlayn və fiziki təlimlərinin təşkili istiqamətində əməkdaşlıq potensialını yüksək qiymətləndirib.
Görüş yerli istifadəçilər üçün milli valyutada hesabların yaradılması imkanı və “OTP” təsdiq mesajlarının göndərilməsi kimi məsələlər ətrafında müzakirələrlə davam edib. Sonda Azərbaycanda beynəlxalq elektron ticarət əməliyyatlarının daha da şəffaf həyata keçirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində “Payoneer” platforması ilə birgə görülə biləcək işlərə nəzər salınıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib