Azexport portalı ilk dəfə Hindistana yun ixrac edəcək
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının təşkilatçılığı ilə Hindistanın iri yun idxalçılarından olan “NaT IN” şirkətinin direktoru Bakıda səfərdədir. Səfər çərçivəsində qonaqların Azərbaycanın qabaqcıl yun emalçılarından olan “Fərhad -91” MMC və “Drujba” MMC şirkətlərinin direktorları ilə görüşü təşkil olunub. Müzakirələrin yekunu olaraq tərəflər hər iki şirkətin iştirakı ilə Azərbaycandan il ərzində texniki göstəriciləri 25-29 və 29-34 mikron olmaqla ümumilikdə beş min ton qoyun yununun Hindistana ixrac olunması barədə ilkin razılığa gəliblər.
Qeyd edək ki, “NaT IN” şirkəti 35 ildən artıq müddət ərzində Yeni Zelandiya, Suriya, Yunanıstan İspaniya, İtaliya, Misir və Çin başda olmaqla dünyanın 17 dən artıq ölkəsindən Hindistana yun idxalı ilə məşğuldur. Azexport portalının meneceri Ayxan Qədəşov bildirib ki, sahənin qabaqcıl şirkətlərindən olan “NaT IN” şirkəti ilə əməkdaşlığın başlanması Azərbaycan yununun Hindistanla yanaşı digər ölkələrə də ixracı üçün yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar