“Azexport” portalı “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində iştirak edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” tədbirində tərəfdaş qismində iştirak edir.
Hər il olduğu kimi, bu il də “Azexport” portalının nümayəndələri sərgidə iştirak edən yerli və xarici şirkətlərlə istehsal, ixrac, logistika və sertifikatlaşdırma sahələrində əməkdaşlıq imkanlarını müzakirə edirlər. Portalının rəhbəri Ayxan Qədəşov iştirakçılarla fərdi görüşlər keçirir, onlara platformada qeydiyyat, məhsulların xarici bazarlara çıxarılması, elektron ticarət imkanları və ixrac proseslərinin sadələşdirilməsi istiqamətində məlumat verir.
Regionun kənd təsərrüfatı və qida sənayesi üzrə ən böyük sərgiləri olan “Caspian Agro Week” və “InterFood Azerbaijan” müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin vacib hadisələridir. Bu illər ərzində sərgilər etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq, qlobal sərgi təqvimində layiqli yerini tutub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib