Azexport portalı beynəlxalq “TransCaspian 2019” sərgisində təmsil olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport Portalı XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgilərində “Səyyar Xidmət Mərkəzi” ilə təmsil olunur. Qeyd edək ki, sərgidə Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri də daxil olmaqla 10 ölkədən 75 şirkət iştirak edir.
Azexport portalının menecer Ayxan Qədəşov bildirib ki, beynəlxalq sərgidə iştirak əməkdaşlıq baxımından çox önəmlidir: “Azexport portalı fəaliyyət göstərdiyi 3 il müddətində 1 milyard ABŞ dollarından artıq ixrac sifarişi alaraq yerli istehsalçılara təqdim edib. Sifarişlər Avropa və Ərəb ölkələri ilə yanaşı Amerika və Okeaniya ölkələrindən də daxil olub. Portala daxil olan sifarişlərin yerinə yetirilməsi üçün beynəlxalq yük daşıma şirkətləri ilə sıx əməkdaşlıq portal üçün çox önəmlidir. Bu səbəbdən portal digər aidiyyəti sərgilərdə olduğu kimi bu sərgidə də öz “Səyyar Xidmət Mərkəzi” ilə təmsil olunub. Sərgi ərəfəsində yerli və xarici ziyarətçilərə portalın imkanları barədə məlumatlar təqdim olunur.”
Əlavə edək ki, sərginin ilk günündən “Səyyar Xidmət Mərkəzi” vasitəsi ilə 10-dək yeni şirkətlə əməkdaşlıq üzrə ilkin danışıqlara başlanılıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf