Azexport portalı Alibabanın uğur hekayətinə çevrildi
Dünyanın ən məşhur elektron satış portalı Alibaba, Azexport portalının fəaliyyətini uğur hekayəti kimi qəbul edərək, bu haqda öz rəsmi səhifəsində məqalə paylaşıb. Azərbaycandan ilk olaraq, Azexport portalının fəaliyyəti əməkdaşlıq nümunəsi kimi təqdim edilib. Qeyd olunub ki, Azexport portalı məhz Alibaba vasitəsi ilə Azərbaycan məhsullarını bütün dünyaya nümayiş etdirmək şansı əldə edib. Hazırda Alibaba.com saytında “Made in Azerbaijan” brendi ilə tanınan 300-dən artıq məhsul nümayiş olunur. Bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova bildirib ki, Alibabanın uğur hekayəti olması Azexportun 1 yaşının tamam olmasında gözəl bir hədiyyə oldu. Z.Talıbovanın sözlərinə görə bu ilin ilk 8 ayı ərzində Alibaba.com portalında Azexport tərəfindən təqdim olunan Azərbaycan mallarına dünyanın müxtəlif ölkələrindən 150 mindən çox müştəri tərəfindən baxış olub.
Qeyd edək ki Azexport portalı bir il öncə Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan mənşəli malların “Made in Azerbaijan” (Azərbaycan məhsulu) brendi kimi xarici bazarlarda təmsil olunmasını təmin etmək üçün yaradılıb. 2016-cı ilin ən önəmli yeniliklərindən hesab olunan Azexport portalı etibarlı ödəniş sistemləri və nəqliyyat-logistika şirkətləri ilə əməkdaşlıq edərək istifadəçilərin tam məmnunluğunu təmin edir. Həmçinin məhsulların daha geniş kütləyə çatdırılması məqsədi ilə portal Alibaba ilə yanaşı həm də All.biz, TradeKey, Amazon, Agroserver kimi dünyanın populyar elektron satış şəbəkələrinə inteqrasiya olunub. Azexport Alibaba.com portalının qızıl üzvüdür.
Uğur hekayəsi ilə bağlı məlumatı bu link vasitəsi ilə əldə edə bilərsiniz :









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf