Azexport Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir
Azexport.az portalı Azərbaycan Beynəlxalq Qida sənayesi “WorldFood Azerbaijan 2018” sərgisində iştirak edir.
Azexport.az portalının stendində ziyarətçilərə qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsulları barədə məlumatlar təqdim edilir. Portal bu məhsulların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformaya çevrilib. Azexport dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını dünyaya sərgiləyir. Mütəmadi yenilənən, istifadəyə rahat və əlçatan olan Azexport.az vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara daha da yaxınlaşdırılır.
Sərgidə ziyarətçilərə Vahid on-line ixrac ərizəsi və Azexport.az portalından istifadə qaydaları haqqında geniş məlumat verilib.
Azexport.az portalı hazırda Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracatçıları üçün uğurlu platforma hesab olunur. Belə ki, 2018-cı ilin ilk rübündə Azexport.az portalı tərəfindən xarici tərəfdaşlardan alınan ixrac sifarişlərinin mühüm bir hissəsi məhz bu sektorun payına düşür. 2018-cı ilin ilk rübündə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı və qida məhsullarına daxil olan ixrac sifarişləri iki dəfə artıb.
Məlumat üçün bildirək ki, hər il keçirilən sərgidə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan, Macarıstan və digər ölkələrin aparıcı şirkətləri iştirak edir.
Bu ilki sərgi çərçivəsində süd, qənnadı məmulatları, şokolad, soyuducu avadanlıq təchizatçıları, çay istehsalçıları və s. sahələrin nümayəndələri iştirak edirlər. Sərgidə ilk dəfə olaraq "yeniliklər vitrini" təşkil olunub. Burada iştirakçılar bazarda təqdim edilməmiş yeni məhsullarını nümayiş etdiriblər.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır