Azexport.az qlobal e-ticarət platformalarında satışa dair dəyirmi masa təşkil edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Azexport.az portalı, yerli sahibkarların beynəlxalq elektron ticarət platformalarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə "E-ticarət: Qlobal Bazarlara Çıxış" mövzusunda dəyirmi masa təşkil edir.
Tədbir həm rəqəmsal ixraca yeni başlayanlar, həm də mövcud satışlarını qlobal miqyasda böyütmək istəyən sahibkarlar üçün nəzərdə tutulub. Görüş çərçivəsində iştirakçılar:
- Amazon və eBay-də uğurlu satışın sirləri;
- hesabların bloklanma səbəbləri və qabaqlayıcı tədbirlər;
- Payoneer vasitəsilə beynəlxalq ödənişlərin inteqrasiyası;
- e-ticarətdə rəqəmsal marketinq və transsərhəd logistika həllərini birbaşa beynəlxalq ekspertlərdən öyrənmək imkanı əldə edəcəklər.
Tədbirin əsas spikeri Amazon “Ambassador” və “Navishopper” şirkətinin baş icraçı direktoru Günel Ağazadədir. O, Amazon platformasında 15 ölkə üzrə əməliyyat rəhbəri kimi fəaliyyət göstərmiş, Meksika, Braziliya, İsveç və Polşa bazarlarında onlayn mağaza açılışlarını idarə etmişdir.
"MeetUp Networking Club”un tərəfdaşlığı ilə keçirilən görüşdə, həmçinin beynəlxalq logistika və rəqəmsal marketinq sektorlarını təmsil edən yerli şirkətlərin mütəxəssisləri də iştirak edəcəklər. Müzakirələr zamanı sahibkarların sualları real nümunələr əsasında cavablandırılacaq və beynəlxalq satışda qarşıya çıxan maneələrin həlli yolları təqdim olunacaq.
Auditoriya ilə fərdi işin və müzakirələrin effektivliyinin təmin edilməsi məqsədilə iştirakçı sayı 35 nəfərlə məhdudlaşdırılıb. Yerlər məhdud olduğu üçün ayrılmış kvota dolduqda qeydiyyat prosesi avtomatik olaraq dayandırılacaqdır. Tədbirdə iştirak ödənişsizdir.
Tarix: 24 iyun 2026-cı il
Saat: 10:00
Məkan: İİTKM-in inzibati binası
Qeydiyyat üçün link: https://docs.google.com/forms








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib