“Azexport.az” portalı və Özbəkistanın İxracın Təşviqi Agentliyi arasında onlayn görüş baş tutub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan ”Azexport.az” internet portalı və Özbəkistan Respublikasının İnvestisiyalar və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi arasında görüş baş tutub.
Özbəkistan Respublikasının Azərbaycanda yerləşən səfirliyinin dəstəyi ilə baş tutan görüşdə “Tradeuz.com” portalının imkanları və Agentliyin fəaliyyəti barədə məlumatlar təqdim olunub.
Daha sonra “Azexport.az” portalının inteqrasiya olduğu beynəlxalq ticarət platformaları və bu platformalardan daxil olan sifarişlər barədə məlumatlar verilib. Görüşdə, həmçinin, sərbəst satış sertifikatının tətbiqi nəticəsində “Azexport.az” portalının əldə etdiyi uğurlar haqqında da danışılıb.
Sonda sərbəst satış sertifikatının tətbiqi sahəsində “Azexport.az” portalının əldə etdiyi təcrübənin Özbəkistanda tətbiqi və iki ölkə arasında rəqəmsal iqtisadiyyatın inkişafına dair əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf