Azexport.az portalı ixracatçı şirkətlərlə əməkdaşlığı yeniləyir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı ixracatçı şirkətlərin yeni bazarlara çıxışını dəstəkləmək yönündə fəaliyyətini genişləndirir. Bu məqsədlə Azexport portalı ixrac zamanı sərbəst satış sertifikatına ehtiyac duyan şirkətlərin sorğularını operativ cavablandırır və onları müvafiq sənədlə təmin edir. Azexport portalı tərəfindən sərbəst satış sertifikatı verilən şirkətlər yeni bazarlara ixracda uğur qazanaraq, bu istiqamətə fəaliyyətlərini genişləndirmək üçün sertifikatlarını yeniləməyə başlayıb. Bu baxımdan “Made in Azerbaijan” brendi adı altında kosmetik məhsullar istehsal edən “Gazelli Group” şirkətinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu şirkət 2019-2020-ci illərdə də məhsul ixracını artırmaq üçün sərbəst satış sertifikatını yenilənməsinə ehtiyac duyub. “Gazelli Group” şirkətinin bununla bağlı sorğusu Azexport portalı tərəfindən müsbət qarşılanıb və ona verilən sertifikatlar yenilənib. Azexport portalının təqdim etdiyi sərbəst satış sertifikatı vasitəsi ilə sözügedən şirkətin qarşıdakı müddətdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə 64 adda məhsul üzrə ixrac reallaşdıracaqdır.
Azexport portalının meneceri Ayxan Qədəşovun sözlərinə görə, sərbəst satış sertifikatı hazırda dünyada könüllü xarakter daşıyan sertifikatdır: “Qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullara nəzarətin daha da güclənəcəyini nəzərə alsaq, bu sertifikatın ixracatçı şirkətlər üçün icbari sertifikatlar siyahısına daxil edilməsi ehtimalı böyükdür.”
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycanda ilk dəfə Azexport portalı tərəfindən təqdim olunub. Sertifikatın verilməsi ilə “Made in Azerbaijan” brendi adı altında istehsal olunan qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullar artıq Filippin, İndoneziya, Dominikan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Amerika, Çin və s., ölkələrə ixrac olunmağa başlanılıb. Bu isə “Made in Azerbaijan” brendi adı altında istehsal olunan məhsulların ixrac coğrafiyasının genişlənməsinə, qeyri-neft ixracının artmasına töhfə verir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib