Azexport.az portalı ilə Türkiyənin Tradevalley portalı arasında anlaşma memorandumu imzalanıb
Azexport.az portalı ilə Türkiyənin qabaqcıl B2B platforması olan Tradevalley portalı arasında onlayn anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən Azərbaycanda istehsal olunan məhsullar üçün virtual reallıq (VR) texnologiyasından istifadə etməklə rəqəmsal sərgi zalı yaradılacaq. Anlaşmada hər iki tərəfin elektron ticarət haqqında mütəmadi olaraq məlumat mübadiləsi aparmağı, “Tradevalley” portalında “Azexport.az” portalına xüsusi panelin ayrılması, Azexport.az üzvlərinin Tradevalley portalının imkanlarından 6 ay müddətində ödənişsiz istifadə imkanı, ticarət sorğularının və biznes təkliflərinin mübadiləsi, hər iki ölkədə elektron ticarət, elektron logistika, elektron gömrük və digər xidmətlərin inkişafına dair konfranslar, seminarlar və mühazirələrin təşkil olunması göstərilib.
Qeyd edək ki, Azexport.az portalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. Azexport.az portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzidir.





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib