01 dekabr 2021, 10:29

Azexport.az portalı ilə Türkiyənin qabaqcıl B2B platforması olan Tradevalley portalı arasında onlayn anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən Azərbaycanda istehsal olunan məhsullar üçün virtual reallıq (VR) texnologiyasından istifadə etməklə rəqəmsal sərgi zalı yaradılacaq. Anlaşmada hər iki tərəfin elektron ticarət haqqında mütəmadi olaraq məlumat mübadiləsi aparmağı, “Tradevalley” portalında  “Azexport.az” portalına xüsusi panelin ayrılması, Azexport.az üzvlərinin Tradevalley portalının imkanlarından 6 ay müddətində ödənişsiz istifadə imkanı, ticarət sorğularının və biznes təkliflərinin mübadiləsi, hər iki ölkədə elektron ticarət, elektron logistika, elektron gömrük və digər xidmətlərin inkişafına dair konfranslar, seminarlar və mühazirələrin təşkil olunması göstərilib.

Qeyd edək ki, Azexport.az portalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. Azexport.az portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzidir.

 

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az