Azexport.az portalı beynəlxalq “WorldFood Azerbaijan 2019” sərgisində iştirak edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı Bakıda keçirilən regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri olan Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisində “Səyyar Xidmət Mərkəzi” ilə təmsil olunur.
Sərginin ilk günündən Azexport.az portalının “Səyyar Xidmət Mərkəzi”-nə yerli və xarici ziyarətçilərin böyük marağı müşahidə olunub. Portalın meneceri Ayxan Qədəşovun məlumatına görə, Rusiya, Almaniya, Italiya, Belarus, Türkiyə, Ukrayna kimi ölkələrdən olan ziyarətçilərlə yanaşı respublikada qida, kənd təsərrüfatı və qablaşdırma sahələri üzrə ixtisaslaşmış şirkət nümayəndələri “Səyyar Xidmət Mərkəzi” ilə tanış olublar. Ziyarətçilərə portalın yerli sahibkarlar üçün yaratdığı geniş imkanlardan və qısa zaman ərzində qazandığı uğurlar barədə ətraflı məlumatlar verilərək, daha yaxından əməkdaşlığa dəvət olunublar. Dörd ixtisaslaşmış sərgidə ümumilikdə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət, eləcə də 11 milli və regional qrup təmsil olunur.
Qeyd edək ki, Azexport.az portalı artıq üçüncü ildir ki, ölkəmizdə keçirilən analoji sərgidə iştirak edir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu