Azexport.az “Made in Azerbaijan” məhsullarını “Amazon” və “eBay”- də satışa çıxarıb
Azərbaycan Respublikasında istehsal olunan “Made in Azerbaijan” brendi məhsulları Azexport.az internet portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub. İlkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin, qeyri-qida və qida kateqoriyasından seçilən məhsullar portallara inteqrasiya olunub.
Azexport.az artıq “Made in Azerbaijan” brendi məhsullarını “Amazon” və “eBay” platformalarında vahid ad altında beynəlxalq alıcılara təqdim edəcək. Bu platformalarda satış proseslərinə ciddi nəzarətin və yüksək keyfiyyət tələblərinin mövcud olması ilə əlaqəlidir. Bundan əvvəl isə Azexport.az bu platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidmətini təqdim edirdi.
Satışların əsasən İsrail, Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektləri tərəfindən ərsəyə gətirilən məhsulların da bu portallara inteqrasiyası nəzərdə tutulub. Əməkdaşlıqda maraqlı olan sahibkarlar portala müraciət edə bilərlər: https://azexport.az/
Əlavə edək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalı dünyanın 15-dək beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunub. 2016-cı ildən başlayan fəaliyyət müddəti ərzində Azexport.az internet portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 720 milyon ABŞ dolları təşkil edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib