Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsi arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə növbəti görüş keçirilib.
Onlayn görüşdə tərəflər birgə layihə və tədqiqatların həyata keçirilməsi istiqamətində konkret fəaliyyətə başladıqlarını, bunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini, yeni investisiyaların cəlbinə şərait yaradacağını bildiriblər. İİTKM-in icraçı direktorunun müavinləri Ramil Hüseyn və Ayaz Museyibov Türkiyə ilə iqtisadi əlaqələrin dərinləşməsinin ölkəmizin prioriteti olduğunu vurğulayaraq, bu təşəbbüsün hər iki ölkənin maraqlarına xidmət etdiyini bildiriblər.
Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin Maliyyə Departamentinin rəhbəri Tarık Akın oktyabr ayında Azərbaycana səfərini xatırladıb. O Bakıda keçirilən görüşlərdə qaldırılan məsələlərin reallaşması istiqamətində artıq müəyyən işlərin aparıldığını bildirib. Eyni zamanda, qarşıdakı aylarda Türkiyədən iştirak əsaslı kapital bazarı qurumlarının nümayəndələrindən ibarət heyətin Azərbaycana səfərini təşkil etmək niyyətində olduqlarını qeyd edib. Səfər çərçivəsində Azərbaycanda B2B görüşlər, dəyirmi masalar və panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib