Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Estoniyanın Vormsi şəhərində təqdimat edib. Rəqəmsal Dövlət Hakatonunda (Digital Nation Hackaton) Rəqəmsal Ticarət Qovşağının təqdimatı zamanı N. Əsədli dövlətlərarası transsərhəd elektron ticarətin aparılması, elektron imzaların qarşılıqlı tanınması və istifadəsi, Estoniya və Azərbaycan arasında elektron və mobil rezidentlər üçün yaradılması müzakirə olunan vahid məlumat platforması haqqında hakaton iştirakçılarına ətraflı məlumatlar təqdim edib. Azərbaycan dünyada ilk elektron və mobil imza təqdim edən ölkə kimi Estoniya rəsmiləri və tədbir iştirakçılarının diqqətini çəkib və əməkdaşlıq üçün ilkin müzakirələrin əsası qoyulub.
Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədlinin təqdimatının əsas mövzusu Estoniya və Azərbaycanın elektron və mobil rezidentlərinin dövlət və özəl xidmətlərdən rahat istifadə edə bilməsi, müxtəlif biznes xidmətləri barədə asanlıqla məlumatlandırılması və xidmətlərin çeşidinin artırılmasının stimullaşdırılması üçün Rəqəmsal Ticarət Qovşağı və Estoniya e-Rezidentlik proqramı arasında sərhədlərarası mərkəzləşdirilmiş elektron resursun yaradılması olub. Bu resurs dünyada elektron və mobil rezidentlərə vahid mərkəzdən müxtəlif dövlət və özəl xidmətlərinin göstərildiyi ilk təşəbbüsdür. Resursun ilkin prototipi tədbir çərçivəsində təqdim edilib və iştirakçılar tərəfindən böyük marağa səbəb olub.
Estoniyanın Rəqəmsal Dövlət Hakatonuna ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, İsveçrə, İtaliya, Türkiyə, Hindistan, Rusiya, Ukrayna, Gürcüstan da daxil olmaqla 18 ölkədən 200-dən artıq iştirakçı qatılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib