Azərbaycanın rəqəmsal idarəçilik modeli Böyük Britaniyada iki beynəlxalq mükafata layiq görülüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və məlumatlara əsaslanan idarəetmə sahəsində həyata keçirdiyi fəaliyyətə görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən "GBAF Media" təşkilatının təsis etdiyi "Global Banking & Finance Awards 2026" proqramı çərçivəsində iki mükafata layiq görülüb. İİTKM aşağıdakı nominasiyalar üzrə qalib elan edilib:
“Best Digital Government Initiative (Smart Monitoring Platform) – Azerbaijan 2026”
(“Ən yaxşı rəqəmsal hökumət təşəbbüsü – Ağıllı Monitorinq Platforması, Azərbaycan 2026”)
“Excellence in Innovation – Data-Driven Governance – Azerbaijan 2026”
(“İnnovasiya sahəsində mükəmməllik – Məlumatlara əsaslanan idarəçilik, Azərbaycan 2026”)
Mükafatlar İİTKM tərəfindən hazırlanmış Ağıllı Monitorinq Platformasının dövlət strategiyaları və proqramlarının monitorinqi, icra vəziyyətinin izlənilməsi və məlumatların təhlili istiqamətində tətbiq edilən imkanları nəzərə alınmaqla təqdim edilib.
Platforma dövlət proqramları və strateji sənədlər üzrə məlumatların vahid rəqəmsal mühitdə toplanmasını, icra prosesinin monitorinqini, nəticələrin qiymətləndirilməsini və potensial risklərin vaxtında müəyyən edilməsini təmin edir. Bununla yanaşı, platforma məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləyən analitik alətlərdən istifadə imkanları yaradır.
"Excellence in Innovation – Data-Driven Governance" nominasiyası dövlət idarəçiliyində məlumatların təhlilinə əsaslanan yanaşmaların tətbiqi və bu istiqamətdə formalaşdırılmış rəqəmsal həllərin qiymətləndirilməsi əsasında təqdim olunub.
Qeyd edək ki, İİTKM-in tətbiq etdiyi rəqəmsal həllər dövlət idarəçiliyində rəqəmsal transformasiya, nəticəyönümlü monitorinq və məlumatlara əsaslanan qərarvermə mexanizmlərinin inkişafına xidmət edir.
Təqdim olunan rəsmi qeydiyyat sənədlərinə əsasən, "Global Banking & Finance Awards" və "Global Banking & Finance Review Awards" adları Böyük Britaniya və Şimali İrlandiyanın Ticarət Nişanları Reyestrində "GBAF Publications Limited" şirkətinin adına qeydiyyata alınmış ticarət nişanlarıdır.
Mənbə:https://www.globalbankingandfinance.com/global-banking-finance-review-awards-2026/








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib