Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olundu
Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (IPADS) direktoru Le Nguyen Thien Nga İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) qonağı olub.
İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Vyetnamın regionda həyata keçirdiyi uğurlu iqtisadi siyasət və Azərbaycan iqtisadiyyatının dinamik inkişafını nəzərə alaraq iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş hədəflər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun inkişafı və yaşıl zonaların yaradılması istiqamətində görülən işlər barədə qonağa məlumat verib.
Ayaz Museyibov dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün yaradılmış rəqəmsal platformalar — www.azerbaijan2030.gov.az və www.boyukqayidish.gov.az haqqında danışaraq bu sistemlərə süni intellektin inteqrasiyası və irihəcmli məlumatların (big data) effektiv emalı sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, xüsusilə qeyd edib ki, Mərkəzin dövlət proqramlarının monitorinq və qiymətləndirmə mexanizmi unikal xarakter daşıyır və ABŞ, Birləşmiş Krallıq və BƏƏ-də yerləşən beynəlxalq media qurumları tərəfindən 2025-ci il ərzində yeddi beynəlxalq mükafatla təltif olunub.
Ayaz Museyibov əlavə edib ki, Mərkəzin monitorinq və qiymətləndirmə sahəsində qazandığı nailiyyətlər Orta Asiya dövlətlərinin xüsusi marağına səbəb olub və bu istiqamətdə əməkdaşlığın inkişafı məqsədilə aktiv işlər aparılır.
Le Nguyen Thien Nga təqdimatla çıxış edərək “Siyasətdən həyata” milli təşəbbüsünün layihə rəhbəri olduğunu bildirib. O, İİTKM ilə əməkdaşlığı genişləndirmək niyyətini ifadə edərək süni intellektin inteqrasiyası, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, birgə seminarların təşkili, hesabatların hazırlanması və ortaq tədqiqat layihələrinin inkişafı sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər Azərbaycanın dövlət proqram idarəetməsi, o cümlədən monitorinq və qiymətləndirmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin başlanması istiqamətində əməkdaşlığa maraqlı olduqlarını bildiriblər. Bununla yanaşı, qarşılıqlı investisiya qoyuluşu, iqtisadi əlaqələrin gücləndirilməsi, turizm imkanları, ortaq tədqiqatların aparılması və tədbirlərin keçirilməsi istiqamətində müvafiq rəsmi kanallar üzərindən əməkdaşlığı davam etdirmək barədə fikir mübadiləsi aparılıb. Görüşdə İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov və İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli də iştirak ediblər.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu