Azərbaycanın monitorinq və qiymətləndirmə institutu Tokioda Dünya Bankının tədbirində təqdim olunub
Yaponiyanın Tokio şəhərində Dünya Bankının təşkilatçılığı ilə Asiya İnkişaf Bankı İnstitutunun (ADBI) ofisində “Dünya İnkişaf Hesabatı 2026: inkişaf üçün süni intellekt” mövzusunda regional konsultasiya keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Museyibov tədbirdə çıxış edərək süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası, rəqəmsal hökumət həllərinin genişləndirilməsi, institusional və normativ çərçivənin formalaşdırılması, eləcə də insan kapitalının inkişafı istiqamətində görülən işlərdən danışıb.
O bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə süni intellekt alətləri dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi prosesinə inteqrasiya olunur. Real vaxt rejimli rəqəmsal portallar və vahid məlumat bazası əsasında süni intellekt böyük həcmli məlumatların təmizlənməsini, məntiqi filtrlərin tətbiqini, sənədlərin yoxlanılmasını və nəticələrin “OECD DAC” meyarları üzrə qiymətləndirilməsini əhəmiyyətli dərəcədə sürətləndirir.
Ayaz Museyibov qeyd edib ki, 100-dən çox dövlət qurumundan daxil olan on milyonlarla məlumat vahidinin emalı şəraitində süni intellekt məlumatların uzlaşdırılması, ziddiyyətlərin aşkarlanması, icra prosesində yaranan problemlərin təhlili və əvvəlki illərin təcrübəsinə əsaslanan analitik tövsiyələrin formalaşdırılması baxımından həlledici rol oynaya bilər. Eyni zamanda, süni intellekt dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər arasında əlaqələndirməni gücləndirmək, siyasət parçalanmasının qarşısını almaq və resurslardan daha səmərəli istifadəyə şərait yaratmaq baxımından mühüm potensiala malikdir.
Müzakirələrdə Asiya İnkişaf Bankı, Dünya Bankı, ADBI və digər beynəlxalq maliyyə institutlarının nümayəndələri, eləcə də yüksək səviyyəli siyasətçilər, dövlət rəsmiləri, tədqiqatçılar və akademik dairələrin nümayəndələri iştirak ediblər. Tədbir Asiya və Şərqi Asiya regionlarında süni intellektin məşğulluq, innovasiya, əmək bazarı və ictimai xidmətlərin göstərilməsinə təsiri üzrə siyasət dialoqu üçün mühüm platforma rolunu oynayıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib